Ölkənin baş dindarının seks videosu yayıldı - QALMAQAL

img

08-01-2014 [12:45]


Qırğızıstanın baş müftisi Rahmetullah Hacı Egemberdiyevin seks videosu ortaya çıxıb. 

Qaynar.info xəbər verir ki, videoda Egemberdiyevin gənc qadınla cinsi əlaqəyə girdiyi görüntülənib.

Məlumata görə, müxalifət düşərgəsi gizli kamera ilə çəkilən və dekabrın 31-də internetə yerləşdirilən görüntülərdəki qadını naməlum seks bombası adlandırıb.

Dünən isə Egemberdiyevin Bişkekdəki ofisinin qarşısına toplaşan insanlar onu zinakar adlandıraraq istefa verməsini tələb ediblər.

2012-ci ilin dekabrında baş müfti seçilən Egemberdiyev məsələ ilə bağlı açıqlama verib: "O qadın 4 ildir nikahlı arvadımdır. Allahın qarşısında təmizən. Məqsəd mənim yenidən seçilməyimə mane olmaqdır".

Etirazlar nəticəsində Egemberdiyev istefa verməyə məcbur olub

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA