"Ded" ləqəbli erməni kriminal avtoritet saxlanıldı - Ukraynada + FOTO

img

19-06-2021 [14:29]


Kiyevdə Ukrayna Milli Polisi ölkəyə qanunsuz gələn, axtarışa verilmiş və bir sıra cinayətlərdə əli olan Ermənistan vətəndaşını saxlayıb.

Kiyev Şəhər Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs "Ded" ləqəbli, 56 yaşlı erməni kriminal avtoritetdir.

Bildirilib ki, 2020-ci ilin iyulunda Kiyev Şəhər Məhkəməsinin qərarı ilə erməni kriminal avtoritetin 15 il ölkəyə girişinə qadağa qoyulub. Ancaq buna baxmayaraq, o, ölkəyə gizli yolla daxil ola bilib.

Faktla bağlı araşdırma aparılır/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA