Ermənistan Qarabağ savaşında itkin düşən 275 hərbçisinin hələ də cəsədlərini axtarır

img

17-06-2021 [12:59]


Ötən il Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçiləri ilə bağlı son rəqəm açıqlanıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın köməkçisi Nairi Sarkisyan bildirib.

Onun sözlərinə görə, Qarabağda döyüşlərdə itkin düşmüş erməni hərbçilərinin sayı 275-dir.

N. Sarkisyan deyib ki, 2020-ci ilin noyabr ayında mindən çox hərbçi itkin düşmüş hesab olunub, lakin son aylarda DNK analizi ilə bir çoxunun meyiti və qalıqları müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl sabiq prezident Serj Sarkisyan Kotayk bölgəsində seçicilərlə görüşündə ölkə səlahiyyətlilərinin ölənlərin sayını gizlətdiyini və 1064 nəfərin itkin düşdüyünü bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA