Yanukoviç müxalifətə vəzifə təklif etdi - baş nazir kim olacaq?

img

26-01-2014 [01:32]


Ukrayna prezidenti Viktor Yanukoviç "Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir vəzifəsini təklif edib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə naziri Yelena Lukaş prezident  Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşünü şərh edərkən bəyan edib.
 
"Ukrayna prezidenti Arseniy Petroviç Yatsenyuka baş nazir vəzifəsini təklif edib. O baş nazir vəzifəsinə razılıq verəcəyi təqdirdə prezident hökumətin istefasına dair qərar verəcək”, deyə Yelena Lukaş bildirib.
Ukrayna prezidenti Viktor Yanukoviç "UDAR” partiyasının lideri Vitali Kliçkoya  da baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib.

 Bunu ölkənin ədliyyə naziri Yelena Lukaş bildirib.
 
"Ukrayna prezidenti Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini  təklif edib. Ukrayna prezidenti əmindir ki, müxalifətlə birgə aparılacaq iş dövlətin birləşməsinə, ölkə və cəmiyyət üçün lazımi islahatların aparılmasına kömək edəcək”, deyə Yelena Lukaş bildirib.
 
 Qeyd edək ki, Viktor Yanukoviç "Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir vəzifəsini təklif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA