Hakan Şükürü telekanaldan uzaqlaşdırdılar

img

02-01-2014 [23:15]


Bir neçə gün əvvəl AKP-dən istefa verən və Liq TV-nin Marafon proqramında futbol şərhçisi işləyən millət vəkili Hakan Şükür bu telekanaldan kənarlaşdırılıb. Liq TV rəhbərliyinin bu qərarına münasubət bildirən Hakan Şükür "Bu addımın atılacağına şübhə etmirdim və gözləyirdim” deyib. 

Musavat.com-un Vatan qəzetinə istinadən verdiyi məlumata görə, Hakan Şükür bütün həyatıboyu əngəllərlə üzləşməsindən şikayətlıənib: " Mənim qismətim də belədir, demək ki.. Futbolçuykən də, şərhçiykən də mənim özümü müvəffəqiyyətli hiss etməmə icazə vermirlər".

Türkiyə şərhçiləri H.Şükürün hakimiyyətdə olan AKP-nin qeyri-rəsmi təlimatıyla işdən çıxarıldığını iddia edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA