NATO-nun növbəti Zirvə toplantısı İspaniyada keçiriləcək

img

14-06-2021 [15:53]


NATO-nun növbəti Zirvə toplantısı 2022-ci ildə İspaniyada keçiriləcək.

“RİA Novosti” xəbər verir ki, bunu Litva prezidenti Qitanas Nauseda Brüsseldə bildirib.

Qeyd edək ki, alyansın sammiti iyunun 14-də Brüsseldə keçirilir. Zirvə toplantısında NATO-nun 2030-cu ilədək yeni strateji konsepsiyası, Rusiya və Çinə dair məsələlər, texniki inkişafın güclənməsi, iqlim dəyişməsinə qarşı mübarizə, kiber məkan və kosmosda təhdidlər müzakirə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR