Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın Rusiyaya qarşı iddiasını araşdırır

img

11-06-2021 [17:36]


Avropa İnsan Hüquqları Məhkəməsi “Gürcüstan Rusiya Federasiyasına qarşı” adlı işə baxılma prosesini bərpa edib.

Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Nazir deyib ki, iş Rusiyanın Gürcüstanın işğal altında olan ərazilərində insan haqlarını pozması ilə bağlıdır: “Bizim çox ciddi dəlillərimiz var və əminik ki, əvvəlki işlərimiz kimi bu işi də udacağıq. Bu işdə həqiqət Gürcüstan tərəfindədir və mübarizə davam edir”.

Qeyd edək ki, Gürcüstanın Ədliyyə Nazirliyi 2018-ci ilin avqustunda Avropa İnsan Hüquqları Məhkəməsinə IV dövlətlərarası ittiham təqdim edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA