Mikayıl Cabbarov Filip Rikerlə görüşüb - ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatıracaq

img

09-06-2021 [17:17]


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Rikerlə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

Nazir bildirib ki,görüşdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məsələləri müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA