Ermənilər gecəboyu Azərbaycan kəndlərini atəşə tutublar

img

23-01-2014 [12:07]


Bu gecə də Tovuz rayonunun cəbhə kəndləri Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub. ANS PRESS-in bölgə müxbiri bildirir ki, kəndə hələ təzəcə daxil olmuşdu ki, qarşıdan gələn nəqliyyat vasitələrinin işarə edərək kəndə işıqla daxil olmamağımızı tövsiyyə etdilər. 

Tövsiyyə edənlər isə sən demə kəndə qonaq gələnlər imiş. Deyilənlərə məhəl qoymayıb Hacallı kəndinə doğru istiqamət aldıq. Artiq atışma səsləri səngisə də yenədə ara sira eşıdılməkdə idi.

"Ən çox vurulan kən Əlibəyli ilə Hacallidir. iki gundən bir elə olur hər gün. Bu gündə "TŞK" pulemyotlarından atırdılar", - deyə Hacallı kənd sakini Nizami İsmayılov deyib. 

Qeyd edək ki, Əlbəyli ilə Hacallı bir-birinə yaxın məsafədə yerləşdiyindən demək olar ki, hər iki kənd atışmalarda zərərsiz ötüşmür. 

Lakin ordumuzun fəallığı qarşı tərəfin cavabını dərhal verir. 

"Saat yarım ermənilər atdılar, amma bizim ordu onları susdurdu", - deyə Əlibəyli kənd sakini Zakir Kərimov bildirib.ş 

Atışma səslərinin eşıdıldiyi gün sanki kənd sakinləri yatmır, küçələrdə var-gəl edir ya da etibarli bir yerdə daldalanaraq vəziyyəti müzakirə edirlər. 

Lakin qarşı tərəfin mövqelərindən asan görünən yollarda avtomaşın idarə etmək olduqca təhlükəlidir.

Qeyd edək ki, son bir ayda Tovuz rayonu istiqamətində qarşı tərəfin cəbhədə fəalliğı müşahidə olunmaqdadır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA