Türkiyə Qara dənizdə daha 135 milyard kubmetrdən çox qaz ehtiyatı kəşf edib

img

04-06-2021 [23:19]


Türkiyə Qara dənizdə daha 135 milyard kubmetrdən çox qaz ehtiyatı kəşf edib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Prezident bildirib ki, "Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlayıb.

Ərdoğan qeyd edib ki, bununla da Qara dənizdə kəşf edilən ehtiyatın həcmi 500 milyard kubmetrə çatıb: "Ümidvaram ki, o ərazidə hələ aşkarlanacaq xeyli yataqlarımız var".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA