Tofiq Yaqublunun qızı keçirdikləri qəzadan danışdı

img

22-01-2014 [11:00]


Keçirdikləri qəzanın şokundan hələ də çıxa bilməyən Nərgiz Yaqublu hadisənin necə baş verdiyini musavat.com-a danışıb: "Hər şey bir anda oldu. Xənəgə kəndinin ərazisindəydik. Hər yer duman idi. Biz də Bakıya tez çatmalıydıq ki, mən məhkəmədən reportajı yazıb, hazırlayım. Kiçik bir körpü vardı, onu keçdiyimiz yadımdadı. Lakin qəfildən yol kənarındakı baryerlərə dəydik və onun üzərindən çox da yüksək olmayan dərəyə düşdük. Bir ağaca dəyib, dayandıq. Hadisə anında kimsənin səsini çıxartmasına da imkan olmadı. Ağaca dəyən kimi, maşın tüstüləndi. Arxamızca gələn maşında "Azadlıq Radiosu"nun müxbirləri varmış. Onlardan da arxada "İsmayıllı işi”ndə həbs olunan dustaqların yaxınlarını geri qaytaran avtobus gəlirdi. Onlar bizim kim olduğumuzu bilmədən yardıma qaçdılar. Sonra bildilər ki, bizik. Əvvəl anamla məni və Xalid bəyi (vəkil Xalid Bağırov- Red.) çıxartdılar. Vəkil də onlarla birlikdə Çingiz Əlini maşından çıxartdı. Hamı düşünürdü ki, maşın indicə partlayacaq... Daha sonra rayondakı müsavatçıları da aradıq, onlar da təcili yardım maşınları ilə gəldilər. Çingiz bəyin durumu çox ağır idi. Maşınlardan biri ilə onu, digəri ilə anamı xəstəxanaya çatdırdıq. Hazırda anamla mən palatadayıq. Anamın ciddi ağrıları var. Lakin həkimlər deyir ki, həyatına təhlükə yoxdur. Mənim də kiçik əziklərdən başqa, problemim yoxdur. Lakin Çingiz bəyin durumu olduqca ağırdır. Həkimlər deyir ki, qarşıdakı saatlar kritik saatlardır. Müsavat rəhbərlərindən Arif Hacılı buradadır. İsmayıllının müsavatçıları, demokratik düşərgənin təmsilçiləri də burdadır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA