ATV-nin keçmiş prezidentinin qaynı "Space"ə yüksək vəzifəyə gətirilir

img

03-06-2021 [15:49]


Ötən gün “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bildirib.

Məlumata görə, artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir.

Televiziyanın daxilindən verilən məlumata görə, bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.

Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də “Space” telekanalına rəhbər təyin olub/Bizim.media


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA