".az" domenləri fişinq hücumu ilə üzləşib

img

03-06-2021 [11:58]


Bu ilin may ayında Azərbaycanın ".az" domenində olan saytların hər 583-nə nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"Netcraft" analitik şirkətinin hesabatına görə, ümumilikdə, Azərbaycan saytlarının 64-ü fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,17%-nı təşkil edir. Bu göstərici üzrə son may ayı ərzində aprel ayı ilə müqayisədə 52,6% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 37,4 mindən yuxarı sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 18, Rusiyada – 50, Belarusda – 946, Latviyada – 6, Litvada – 132, Estoniyada – 4, Qazaxıstanda – 813, Özbəkistanda – 16, Tacikistanda – 259, Qırğızıstanda – 536, Gürcüstanda – 191, Ermənistanda isə 256 sayta bir uğurlu fişinq hücumu düşür/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA