Mətbuat Şurası ANS-in saytlara qarşı iddiasını müzakirə edəcək

img

21-01-2014 [22:33]


Bir müddət öncə ANS Müstəqil Yayım və Media Şirkəti işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı iddiası ilə bir sıra sayt və portalları məhkəməyə verib. 

Bu sayt və portallar sırasına aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az, dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az daxildir.

Mətbuat Şurasının nəzdində yaradılan internet media resursları üzrə komissiyanın rəhbəri Elnur Baimov Modern.az-a açıqlamasında məsələyə şərh vermək istəmədiyini bildirib. Lakin o, qeyd edib ki, bu ayın sonunda Mətbuat Şurasında komissiyanın böyük toplantısı olacaq və orada sözügedən məsələ geniş müzakirə olunacaq.

"Toplantıda adı çəkilən sayt rəhbərləri və digər internet mediaların baş redaktorları bununla bağlı öz mövqelərini bildirəcək və müzakirələr əsasında nəticə olacaq ki, belə hadisələrin təkrarlanmaması üçün nələr edilməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA