Akif Muradverdiyev məhkəməyə gələ bilməyib

img

21-01-2014 [22:33]


Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin apellyasiya şikayəti üzrə yanvarın 21-nə təyin olunan məhkəmə prosesi təxirə salınıb. "Media forum” saytı xəbər verir ki, A.Muradverdiyevin səhhəti yaxşı olmadığına görə o, Bakı Apellyasiya Məhkəməsinə gələ bilməyib. Hakim Vüqar Məmmədov prosesin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.

Apellyasiya şikayətində Xəzər Rayon Məhkəməsinin qərarının ləğv olunması, Muradverdiyevə bəraət verilməsi və azadlığa buraxılması istənilib.

A.Muradverdiyev Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində müalicə olunur.

A.Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Muradverdiyev qaçaqmalçılıqda təqsirli bilinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA