Türkiyə-Azərbaycan investisiya forumu keçirilib 

img

31-05-2021 [15:07]


Türkiyə ilə Azərbaycan arasında investisiya forumu keçirilib.

Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla iki ölkə arasındakı ticarət əlaqələri ilə bağlı məsələlər müzakirə olunub.

O həmçinin Xarici İqtisadi Əlaqələr Şurası başda olmaqla, bu təşkilatda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Türkiyə Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında birinci yerdədir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA