ABŞ 30 ildən sonra İrandan neft alıb

img

31-05-2021 [10:19]


ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq etməsinə baxmayaraq, rəsmi Vaşinqton bu ilin mart ayında İslam Respublikasından 1 milyon 33 min barrel xam neft alıb.

“Hurriyet” xəbər verir ki, məlumatı ABŞ-ın Energetika Nazirliyi yanında Enegetika İnformaisya İdarəsi yayıb.

Bildirilib ki, ABŞ İrandan sonuncu dəfə 1991-ci ildə neft alıb. Bu dəfəki alış 30 ildən sonra iki düşmən ölkə arasında neft ticarətinə dair ikinci rəsmi ticarət addımı sayılır.

Qeyd edək ki, ABŞ nüvə proqramına görə İranın energetika sahəsinə, o cümlədən neft-qaz sektoruna sanksiya tətbiq edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA