20-01-2014 [16:18]
2014-cü ilin Avrasiya materikində böyük siyasi proseslərin dönüş ili olacağını ümumi şəkildə ötən yazım-da qeyd etməyə çalışmışdım. Bu məkanda Avropa Birliyinin Şərqə doğru genişlənməsi ilə Rusiya diktatoru Putinin Avrasiya İttifaqı adlı yeni birlik yaratmaq cəhdlərinin bir-birinə qarşı yönəlməsi bu proseslə-ri ciddi rəqabət sahəsinə çevirir. Bu rəqabətin yenidən Qərb-Şərq qarşıdurmasına səbəb olacağı da istis-na edilmir. Bu prosesin qarşıdurma həddinə çatması isə hansısa bir siyasətçinin və yaxud dövlətin siyasi kaprizləri ilə bağlı deyil. Bütün dünya, bu proseslərin hansı istiqamətdə getməsindən asılı olaraq, Avrasiya materikinin uzun müddət üçün taleyini müəyyən edəcəyinin fərqindədir. Buna görə də bu il bütün diqqətlər Avrasiya materikində gedən proseslərə yönələcək.
Qərb Avropa Birliyinin Şərqə doğru genişlənməsi prosesini həyata keçirməyə çalışmaqla yanaşı, Rusiya diktatoru Putinin Avrasiya İttifaqının yaradılması yolunda atdığı addımları da narahatlıqla izləyir. Bu məsələdə Qərbdə iki tendensiya hiss olunur.
Bir fikir ondan ibarətdir ki, Qərbin reaksiyasından asılı olmayaraq, Rusiya bu böyük layihəni həyata keçirə bilməyəcək. Hətta bəziləri Rusiyanın bu layihəni həyata keçirməyə maliyyə resurslarının çatmayacağını bildirir və Qərbin soyuqqanlı davranmasını təklif edirlər.
İkinci fikirin tərəfdarları isə düşünür ki, Qərb mane olmasa, Putin üç Baltikyanı respublika istisna olmaqla, digər keşmiş sovet respublikalarını Moskvanın yeni çətiri altına toplaya bilər. Onlar fikirlərini əsaslandırmaq üçün Rusiya diktatorunun SSRİ-2 yaratmaq üçün milyardlarla dolları su kimi paylamasına diqqət çəkirlər.
Rusiyanın yeni "silahı"
Rusiya keçmişdə özünün imperiya maraqlarını həyata keçirmək üçün gücdən və utopik ideyalardan yararlanırdısa, indi yeni "silahı"nı, əlindəki külli məbləğdə valyutanı və təbii sərvətlərini işə salıb.
Dünyada neftin və qazın qiymətlərinin bahalaşması nəticəsində Rusiya bu enerji daşıyıcılarının satışından 2 trilyon vəsait əldə edib. Bu vəsaitin önəmli hissəsi Rusiyanın dövlət aparatını bürümüş korrupsioner şəbəkə tərəfindən mənimsənilsə də, bir hissəsi dövlətin ehtiyat fondunda qalır. Moskva isə bu ehtiyat valyutasını siyasi rüşvətə çevirməklə məşğuldur. Biz bunun ən bariz nümunəsini Ukrayna Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalamaq niyyətinə düşəndə gördük. Moskva Ukraynanın bu yoldan döndərmək üçün Kiyevə 15 milyard dollar kredit ayırdı və eyni zamanda, bu ölkəyə satdığı qazın qiymə-tini kəskin şəkildə ucuzlaşdırdı. Bu kreditin taleyinin necə olacağını faktiki olaraq Kiyevin ümidinə bura-xan Moskva qazın qiymətinin ucuzlaşdırmasına görə itirdiyi milyardlardan narahat deyil.
Rusiya ekspertlərinin hesablamalarına görə, Belarusla ittifaqın bir ili Rusiyaya 7-12 milyard dollara başa gəlir. Rusiyanın bu yardımı dayanarsa, Lukaşenko rejiminin dərhal çökəcəyi də Moskvanın siyasi dairələ-rinə yaxşı məlumdur. Lakin Lukaşenkonun anti-Qərb ritorikası və bütün ittifaq təkliflərinə dərhal razılıq verməsi Moskvadakı hakim dairələri elə məst edib ki, kimsə bu vəsaitə Rusiya iqtisadiyyatının daha çox möhtac olması haqqında düşünmür.
Belarus azmış kimi, Rusiya indi də Ukraynada Yanukoviç, Ermənistanda Sarkisyan rejiminin hakimiyyətdə qalması üçün milyardlarla vəsait sərf etməlidir.
Rusiyalı ekspertlərin hesablamalarına görə, üç aydan bir Moskva Kiyevə ən azı üç milyard dollar verməsə Yanukoviç rejimi dərhal çökəcək.
Ermənistanın Rusiyanın orbitində qalması Ukrayna ilə müqayisədə Rusiya büdcəsinə ucuz başa gəlsə də, Moskva bu respublikaya da ildə bir neçə milyard ayırmaq məcburiyyətindədir.
Putin isə bu üç respublika ilə kifayətlənmək niyyətində deyil və yeni yaratmaq istədiyi Avrasiya İttifaqında üç Baltikyanı respublika istisna olmaqla, keçmiş SSRİ-nin 12 respublikasını da görmək istəyir. Keç-miş Sovet respublikalarının korrupsiyalaşmış avtoritar liderlərinin bir çoxu yeni ittifaq məsələsinin Puti-nin zəif damarı olduğunu anlayıblar. Buna görə də indi hər biri SSRİ-2-yə qoşulmaq üçün Moskvadan külli məbləğdə pul istəyirlər.
Tacikistan Putinin Avrasiya İttifaqına qoşulmağa hazırdır. Ancaq rəsmi Düşənbə Moskvanın 12 milyard dollar sərmayə qoymasında israr edir. Tacikistanlı həmkarları kimi Qırğızıstan rəsmiləri də ölkələrinin Avrasiya İttifaqına qoşulmasını "milli maraqlar"ının nəzərə alınacağı halda mümkün ola biləcəyinə diqqət çəkirlər. Qırğızıstan prezidentinin "milli maraq" adlandırdığı məqam isə ondan ibarətdir, Rusiya Ukrayna kimi Qırğızıstana da pul verməlidir. Qırğızıstan prezidenti bəyan edib ki, onların Ukrayna kimi seçim im-kanları geniş olmasa da, Rusiya onların maraqlarını nəzərə almasa, nə Gömrük İttifaqına, nə də Avrasiya İttifaqına qoşulmayacaqlar. Qırğızıstan tələb edir ki, Rusiya yaxın 5-7 illlik dövr üçün hər ili 200 milyon dollar olmaqla Qırğızıstan iqtisadiyyatına dəstək fondu yaratsın. Bundan başqa, rəsmi Bişkek Qırğızıstanın sərhədlərində müvafiq infrastrukturun yaradılması üçün tələb olunan 220 milyon dolları da Rusiya-nın üzərinə qoymağa çalışır.
SSRİ-nin dağılmasını fəlakət adlandıran Putin isə deyəsən, bunun nəticələrini müəyyən miqyasda ara-dan qaldıraq üçün bütün bu kaprizlərə dözmək niyyətindədir. Buna görə də, Rusiya keçmiş Sovet resublikalarının korrupsiyalaşmış avtoritar liderlərinin pul tələbindən narahat olmur. Əksinə, bəzən Putin özü onları qabaqlayaraq açıq şəkildə pul təklif edir. Postsovet respublikalarının korrupsiyalaşmış avtoritar liderləri isə öz hakimiyyətlərini qorumaq və yeni yaranan korrupsiya imkanlarından bəhrələnmək üçün Rusiyanın təklifini çox əlverişli sayırlar. Ancaq Moskvadan daha çox pul almaq niyyətlərini də biru-zə verirlər.
Putinin SSRİ-2 yaratmağa pulu çatacaqmı?
Yaxın bir neçə ildə dünya bazarında neftin və qazın qiymətinin indiki həddə qalacağı halda Putin özünün Avrasiya İttifaqı ideyasını həyata keçirmək üçün on milyardlarla dollar sərf edə bilər. Avropanın enerji bazarlarını öz inhisarında saxlamaq üçün çox bahalı layihələri həyata keçirməkdən çəkinməyən Moskva dünya bazarlarında neft və qazın qiymətinin aşağı düşməməsi üçün də ciddi fəaliyyət göstərir. Suriya diktatoru Bəşər Əsədə Moskvanın dəstəyinin bir səbəbi də budur. Bu ölkədə davam edən vətəndaş müharibəsinin özü belə, dünya bazarlarında neftin və qazın qiymətinin düşməməsinə az da olsa, təsir edir. Bütövlükdə götürdükdə, Moskva onun inhisarını laxladacaq istənilən siyasi və iqtisadi prosesə mane olmağa çalışır.
Rusiyanın mövqeyi bəlli olduğu kimi, Qərbin də mövqeyi məlumdur. Hiss olunur ki, Qərb Rusiyaya sürpriz hazırlayır və dünya bazarlarında enerji daşıyıcılarının qiyməti kəskin şəkildə aşağı düşə bilər. ABŞ-ın öz neft ehtiyatlarından istifadəyə qoyulan məhdudiyyətləri və ixracata qoyulan qadağanı aradan qaldır-ması bu istiqamətdə atılan ilk addım idi. Şist qazının çıxarılması ilə bağlı əldə edilən uğurlar isə tamamilə yeni vəziyyət yaradır. Əgər şist qazı ilə bağlı gözləntilər özünü doğruldarsa, enerji sahəsində əsl inqilab baş verəcək.
Avropanın Rusiyadan neft və qaz asılılığını azaldan mühüm faktorlardan biri də Qərb-İran münasibətlərindəki yaxınlaşma ola bilər. Məlumdur ki, dünya bazarlarında neftin və qazın qiymətinin belə yüksək olması İran ətrafındakı gərginliklə bağlıdır. İrana qarşı tətbiq olunan sanksiyalar bu ölkənin zəngin neft və qazının Avropa bazarlarına çıxarılmasına mane olur. Digər tərəfdən, İrana qarşı mümkün hərbi mü-daxilənin gündəmdən çıxmaması da enerjidaşıyıcıların qiymətinə öz təsirini göstərirdi. Əgər Qərb İranla anlaşsa və Avropa bazarlarını Tehranın üzünə açsa, enerji daşıyıcıların qiyməti dərhal enəcək. Bundan başqa, İsrailin Aralıq dənizində zəngin qaz yataqları kəşf etməsi artıq yeni enerji mənbələrinin tapılması deməkdir ki, bu da dünya bazarına öz təsirini göstərəcək. Əgər sadalanan məqamlardan ən azı ikisi reallaşarsa, dünya bazarlarında neftin və qazın qiyməti kəskin şəkildə düşəcək. Bu isə Rusiyaya valyuta axınını dayandıra bilər. Sovet İttifaqının çöküşündə də neftin qiymətinin kəskin ucuzlaşmasını əsas amillərdən biri hesab edən ekspertlərin fikrincə, enerji daşıyıcıların qiymətinin kəskin düşəcəyi halda Putinin SSRİ-2 yaratmağa pulu çatmayaq. Bir çox ekspertlər iddia edirlər ki, Putinin öz ambissiaylı layihələrinə böyük miqdarda vəsait sərf etməsi Rusiyanın gələcəyini təhlükə altına alır. Əgər dünya bazarlarında neftin və qazın qiyməti ehtimal olunan kimi aşağı düşsə, bu, Rusiyada sosial-iqtisadi vəziyyəti gərginləşdirəcək və artıq mərkəzdənqaçma prosesi qarşısıalınmaz olacaq. Ekspertlərin bununla bağlı xəbərdarlıqları isə yeni imperiya xəstəliyinə mübtəla olmuş Rusiya siyasətçilərini hələ ki narahat etmir.
Gürcüstanda məşhur iş adamı saxlanılıb
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Vəkilliyə qəbul imtahanı: onlar uğur qazandı - SİYAHI
Rəsmi Bakı ABŞ-a başsağlığı verdi
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir? - Kipr, Ermənistan və Yunanıstan ittifaqı isə dağılır (TƏHLİL)
II və III ixtisas qrupları üzrə imtahan keçirildi: 10 nəfər zaldan xaric olundu - Düzgün cavablar nə vaxt təqdim olunacaq?
Dövlət İmtahan Mərkəzi imtahanlar keçirib
Sabah hava necə olacaq? - Proqnoz
Aparıcı Ulvira Qarayeva departament rəhbəri təyin olunub
"HƏMKARLAR"A YIĞILAN MİLYONLAR: BU, HARA XƏRCLƏNİR? - "Məhkəməylə pulları geri istəmək lazımdır" (AÇIQLAMALAR)
"Ermənistanla saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb" - Elçin Əmirbəyov
"İstintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb" - “Qardaşım Bakir Səfərovun 62 yaşı var, o..."
"Tamstore" marketlər şəbəkəsi həftəsonu niyə işləmir? - "Göbələk kimi hər yerdən çıxıblar, amma..."
Ərdoğan "Togg"un yeni modelini sınaqdan keçirib: "Maşallah" - FOTO
“Neftçi” Fransa millisinin oyunçusunu alıb
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb