SOCAR-ın Müşahidə Şurası yenə toplandı: nələr müzakirə olunub? - FOTOLAR

img

29-05-2021 [14:15]


Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

SOCAR -dan Mia.az-a verilən məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov toplantı iştirakçılarını 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.

Şura sədri vurğulayıb ki, bu il Respublika Gününü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində şanlı qələbə qazanan qalib dövlətin, güclü və müstəqil Azərbaycanın vətəndaşları olaraq qeyd edirik.

İclasda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib. Sonra Müşahidə Şurasının ötən iclasında verilən tapşırıqların yerinə yetirilməsi vəziyyəti barədə Dövlət Neft Şirkətinin təqdimatı dinlənilib, SOCAR-ın 2021-ci il üçün maliyyə planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA