Nazir “Xəzər Siyasət Mərkəzi”nin nümayəndələri ilə görüşüb - Nələr müzakirə olunub? + FOTO
24-05-2021 [11:38]
Energetika naziri Pərviz Şahbazov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Mia.az-a bildirilib ki, görüşdə Azərbaycan-ABŞ əlaqələrinin önəmini vurğulayan nazir iki ölkə arasında energetika sahəsində əməkdaşlığın uğurlu tarixə malik olduğunu bildirib. Dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın hazırda “Cənub Qaz Dəhlizi”nin fəaliyyətə başlaması ilə qaz ixrac edən, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edən ölkə kimi də tanındığı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə böyük miqyaslı və strateji layihələrin reallaşdırılımasına ABŞ-ın hər zaman dəstək göstərdiyi ifadə edilib.
Bildirilib ki, Azərbaycanda eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına xüsusi önəm verilir. Yaşıl enerjidən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam ilə beş milli prioritet istiqamətdən biri kimi müəyyənləşdirildiyi, eyni zamanda 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ölkəmizin ümumi qoyuluş gücündə payının 30%-ə çatdırılmasının qarşıya hədəf kimi qoyulduğu qeyd olunub. Azərbaycanın bərpa olunan enerji potensialı, bu potensialın reallaşdırılması istiqamətində atılmış addımlar, sahə üzrə hazırlanmış qanun layihələri, özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində görülmüş işlər, sənaye miqyaslı külək və günəş elektrik stansiyalarının xarici investisiya hesabına reallaşdırılması üzrə iki beynəlxalq şirkətlə həyata keçirilən layihələr haqqında məlumat verilib.
Görüş zamanı həmçinin 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbə ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri, o cümlədən enerji infrastrukturunun bərpası, bu ərazilərin geniş hidro, günəş və külək enerjisi potensialına malik olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması planları və bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Sonda mərkəz nümayəndələrinin sualları cavablandırılıb.
Görüşdə “Xəzər Siyasət Mərkəzinin” icraçı direktoru Əfqan Nifti, mərkəzin üzvü, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekuta, Qazaxıstan və Tacikistandakı sabiq səfir və ATƏT-in Minsk qrupunun Amerikalı sabiq həmsədri Riçard Hoqland, mərkəzin digər üzvləri iştirak ediblər.
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI: O tarixi imtahandan keçə bilmədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəz rəhbəri, yoxsa tender kralı? - Səhiyyədəki əməliyyatlarla bağlı şok iddialar
Belqradda Prezidentlərin şam yeməyində “Ay Laçın” ifa olundu - VİDEO
Əliyev Serbiyada - Prezidentlər görüşüb, birgə açıqlamalar verilib (VİDEO, FOTOLAR) - Yenilənib
“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?" - Mehriban Əliyeva Meydan TV-nin sahibinə elə cavab verdi ki... (VİDEO) - YENİLƏNİB
"Sanki alçalaraq pul istəyirik" - Çingiz Abdullayev
"Forza Neftçi" Yevlax stadionunda "günəşlənir" - "Neftçi" "Kəpəz"i çətin vəziyyətə salıb (Yenilənib)
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Sabahın hava proqnozu açıqlandı
Liseydə güllələnən müəllimədən xəbər var
İlham Əliyev Münxendəki görüşləriylə bağlı paylaşım etdi - FOTO
"Əminağa Sadıqov rektor ola bilmirsə..." - Professor elmi dərəcəsi saxta çıxan rektor əvəzi barədə yeni iddialar yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR