Hesablama Palatası 2020-ci il dövlət büdcəsinin icrasına rəy verdi

img

19-05-2021 [17:11]


Hesablama Palatasının üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiya dövrünün qaydalarının tələblərinə uyğun olaraq Kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadla xəbər verir ki, Kollegiya iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib, 2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılıb, nəticə və tövsiyələr verilib.

Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA