Bakıda Azərbaycan və Böyük Britaniya arasında Birgə Komissiyanın 4-cü iclası keçiriləcək

img

19-05-2021 [17:40]


Sabah Bakıda Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, iclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən isə Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA