“Yeni Müsavat” Ticarət Departamentini məhkəməyə verir

img

15-01-2014 [17:27]


"Yeni Müsavat” qəzeti Bakı Şəhər Ticarət və Xidmət Departamentini məhkəməyə verir. Bu barədə musavat.com-a qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib. O deyib ki, artıq iddia ərizəsi hazırdır. Kiçik dəqiqləşdirmələrdən sonra 16 yanvarda 1 saylı Bakı Şəhər İnzibati-İqtisadi Məhkəməsinə təqdim ediləcək. İddia ərizəsində yazılıb:

"Bildirmək istərdik ki, Bakı şəhərinin küçələrində qəzet və jurnalların səyyar satış nöqtələrinə, küçə ticarətinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib. Bakı Şəhər Ticarət və Xidmət Departamentindən mətbuata verilən məlumata görə, bu qərar Bakının abadlaşdırılmasın, gözəlləşdirilməsi, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini və şəhərdə dünya standartlarına uyğun ən müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılması nəzərə alınaraq qəbul edilib. Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirib ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.
Hesab edirik ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin müvafiq saylı qərarı qanunsuz, əsassız olmaqla yanaşı kütləvi informasiya vasitələrinin fəaliyyətinə ağır zərbə vurur, və onları bağlanmaq təhlükəsi ilə üz-üzə qoyur.
Belə ki, qəzetlərin daha çox və rahat satıldığı məkanlardan biri də səyyar satış nöqtələridir, köşklərdir. İndi burada qəzet satışına qadağa qoyulması həmin qəzetlərə külli miqdarda ziyan vurur və onun fəaliyyətinin davamlılığını ciddi şəkildə pozur. Konkret olaraq onu bildirmək istərdik ki, təkcə "Yeni Müsavat” qəzetinin satışının önəmli bir qismi (2500 (iki min beş yüz) nüsxə) məhz səyyar satış yerləri vasitəsilə həyata keçirilir. Bu, qəzet gəlirlərinin təxminən 1/3-nə bərabərdir. Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Bakının abadlaşdırılması, gözəlləşdirilməsi adı altında qəbul etdiyi bu mürtəce qərar həm "Yeni Müsavat” və digər yazılı mətbuatı bu əhəmiyyətli gəlir mənbəyindən məhrum etməklə yanaşı, qəzetlərin bağlanmasına, onlarla jurnalistin iş yerlərinin itirməsinə gətirib çıxara bilər. Konstitusiya ilə verilmiş mətbuat, ifadə, vicdan azadlıqlarının "abadlaşdırma”, "gözəlləşdirmə” bəhanələri ilə hər hansı şəkildə məhdudlaşdırılması qətiyyən yolverilməzdir və dövlətimizin quruluş fəlsəfəsinə, Konstitusiyamızın təbiətinə və onun qoyduğu tələblərə tamamilə ziddir.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarına və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dцvlətin ali məqsədidir.
Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dцvləti xalqэn və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən Hər kəsin qanunla qadaрan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
Bu qərar Kütləvi İnformasiya Vasitələri haqqэnda qanuna daban-dabana ziddir və onun pozulmasına gətirib çıxarır. Belə ki, Kütləvi İnformasiya Vasitələri haqqэnda qanununun çap məhsullarının yayılma qaydasını özündə ehtiva edən 26-cэ maddəsinə əsasən Mətbu nəşrlərin çap məhsulları bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə müəssisələri, başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayıla bilər. Məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir.

Qanunvericilik iyerarxiyası baxımından bu qanun yerli icra orqanı tərəfindən qəbul edilmiş inzibati aktdan üstün olduğu üçün Bakı Şəhər Ticarət və Xidmət Departamentinin bu qərarı Konstitusiyaya ziddir və onun heç bir hüquqi qüvvəsi yoxdur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır".

Qəzet rəhbərliyi yuxarıda qeyd olunanları rəhbər tutaraq məhkəmədən xahiş edir ki,Bakı şəhər, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən qəbul olunmuş 15 yanvar 2014-ci il tarixli qərar qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA