“Şəfa-Broyler”in müdiri faciəli şəkildə öldü

img

15-01-2014 [12:37]



Bakıda şirkət rəhbəri faciəli şəkildə ölüb. 

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən rayon ərazisində yerləşən "Şəfa-Broyler” şirkətində qeydə alınıb. Şirkətin işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb.

T. Tağıyevi hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA