Vüqar Səfərli yenidən hakim qarşısına çıxarıldı - Qərar verildi
16-05-2021 [10:36]
Binəqədi rayon Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli və“Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində olan həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Prosesdə təqdimat təmin edilib.
V. Səfərli və N. Məmmədovun barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki,Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.
Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.
Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib/APA.
Bir vaxtlar Türkiyə Super Kubokunu qazanan klub... - İndi elə vəziyyətə düşüb ki...
Luvr Muzeyindən oğurlanmış artefaktlar hələ tapılmayıb - "III Napoleonun arvadına məxsus tacın bərpası mümkünsüzdür"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED qərar verdi - Faiz dərəcəsi endirildi
İsrail ordusu Qəzzaya yenidən zərbələr endirir
Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşında - VİDEO
Suriya Kosovonu dövlət kimi rəsmən tanıdı
İstanbul boğazında qəza: 4 nəfər xilas olunub
Litva Belarusla sərhədi bir aylıq bağladı - Səbəb açıqlandı
Ceyhun Bayramov Özbəkistana gedib
Yeni Aparat rəhbəri kimdir? - Tərcümeyi-hal
Qazaxıstanın Ali Məhkəmə Şurasının sədri Azərbaycan Ali Məhkəməsində olub - Görüş + FOTO
Səfirlik Monteneqroda azərbaycanlılara hücumla bağlı açıqlama yaydı: "Proses diqqətədir..."
Ərdoğan Öcalanla görüşən heyəti qəbul edəcək - Sabah bu saatda...
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub - FOTO
CHP-li keçmiş bələdiyyə sədri saxlanılıb
"DTX ciddi orqandır, istintaqın şəffaf gedəcəyi və..." - Deputat adının Ramiz Mehdiyevlə hallanmasına belə reaksiya verdi
BU MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Sərəncam + SİYAHI
Şirvanda zəlzələ oldu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
Ziraat kuboku: Super Liqa komandası həvəskar komandaya uduzdu
"Real Madrid"in baş məşqçisi məşhur hücumçunu vurmaq istəyib - Bu görüntüyə görə (FOTO)
İsrail Qəzzanı bombardman elədi - Daha 104 nəfər həyatla vidalaşıb
Teymur Musayev ÜST-də vəzifə alıb
"Bolmart” supermarketlər şəbəkəsi qapadılır? - Yoxlama gedir
Azərbaycan və Oman arasında viza rejimi ləğv olunub
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
"Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə..." - Bakı İH-dən tarixi binaların sökülməsi xəbərinə reaksiya
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
Luçano Spalletti: "Hər kəs "Yuventus"da olmaq istəyər"
Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparılıb - FOTOLAR
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
Əməkdar artist vəzifədən azad olunub
Onlara vəzifə verildi - Kolleclərdə
"Təqaüddə olan adamam, nə işə qarışmalıyam?" - Keçmiş Baş nazir
Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
PREZİDENT BU NAZİRLİYƏ ƏLAVƏ SƏLAHİYYƏT VERDİ - Sərəncam
AMEA-da yoxlama davam edir
50 yaşlı kişi dəm qazından ölüb
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün "Bakcell"in lotereyasında 4-cü avtomobil sahibi seçiləcək!