Bakıda məşhur oğru tutuldu

img

15-01-2014 [11:34]


BŞBPİ Bakıda baş verən kriminal hadisələr barədə məlumat yayıb. "Qafqazinfo" həmin xəbərləri təqdim edir: 

Yanvarın 13-ü saat 22 radələrində, Abşeron Qazma İdarəsinə məxsus Sahil qəsəbəsi ərazisində açıq torpaq sahəsindən qəsəbə sakini Yaşar Məhərrəmov həmin İdarəyə məxsus quyuların qazılması üçün nəzərdə tutulmuş 245 metr uzunluğunda 11 ədəd metal qüllənin ayaqları, 2 ədəd 7 metr uznluğunda dəmir pilləkən, 5 ədəd dəmir qurşaq, 1 ədəd U 8-6 MA nasosunun hava balonu və 1 ədəd 12 metr uzunluğunda KP-2 kranın iki tavrını aparan əşyaları idarə etdiyi «Kamaz» markalı avtomobilə yükləyib oğurladığı üçün Qaradağ RPİ CAŞ və 38-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Sentyabrın 25-də Binəqədi qəsəbəsində yaşayan Niyazi Quzanovun evindən qapının kilidini sındırmaq yolu ilə 10 min ABŞ dollar və 700 manat oğurlanıb.

DİN BCAİ və Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Etibar Quliyev yanvarın 9-da yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, o, 2013-cü il yanvarın 9-da H.Babaşov küçəsində yaşayan Hüseyn Bağırovun evindən 1100 manat, avqustun 8-də Biləcəri qəsəbəsində Natiq Abbasovun evindən 1500 manat, dekabrın 13-də Biləcəri qəsəbəsində Habil İsmayılovun evindən 500 manat, qızıl-zinət əşyaları, dekabrın 16-da İ.Kərimov küçəsində Gülgəz Rəsulovanın evindən 530 manat, 450 Gürcü larisi, 150 Türk lirəsi, 1 cüt qızıl sırğa, dekabrın 18-də Biləcəri qəsəbəsi Y.İmanov küçəsində Yasər Həmzəliyevin evindən 700 manat, qızıl-zinət əşyaları oğurlayıb. Həmin vaxt qonşular cinayətkarı görmüş, tutmaq istəyərkən o, əlindəki pulu və qızılları ataraq qaçıb. Bu il isə yanvarın 3-də A.Zeynallı küçəsində Zeynəb Abbasovanın evindən qızıl əşyaları və yanvarın 6-da X.Məlikaslanov küçəsində Teymur Sadıqovun evindən 50 manat və qızıl-zinət əşyaları oğurlayıb.

DİN BCAİ, Binəqədi RPİ CAŞ, 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovdan 0,503 qram heroin götürülüb. Müəyyən edilib ki, o yanvarın 2- də Biləcəri qəsəbəsi Ordubadi küçəsində yaşayan Samirə Qaraşovanın evindən, qapının kilidini sındırmaq yolu ilə 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və televizor oğurlayıb. Araşdırma zamanı müəyyən edilib ki, R.Məmmədov avqustun 15-də Motodrom yaşayış sahəsində yaşayan Fərhad Mikayılov evindən 3700 manat, qızıl-zinət əşyaları, sentyabrın 2-də Rüfət Əhmədzadənin evindən qızıl-zinət əşyaları, sentyabrın 25-də Sulutəpə qəsəbəsində Ramal Məmmədovun evindən qızıl-zinət əşyaları, dekabrın 21-də Motodrom yaşayış sahəsində Ziyafət Sadıqovun evindən televizor, pul, dekabrın 26-da Sulutəpə qəsəbəsində Ramiz Bədəlovun evindən pul və qızıl-zinət əşyaları oğurlayıb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lerik rayon sakini Rasim Ağayevdən 1 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.

Yanvarın 14-də Ramana qəsəbəsi V.Vəliyev küçəsində Mirqubad Qubadlı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Səməd Ayvazov tutulub.
Yanvarın 5-də Bakıxanov qəsəbəsi Neftçilər küçəsində Bakı şəhər sakini Ruslan Abdullayev qarın nahiyyəsinin aldığı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Yalçın Məmmədov tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsindəAR CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Famin Axundov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA