Azərbaycanda 72 yaşlı arvad 76 yaşlı ərini öldürdü

img

14-01-2014 [10:17]


Astarada 72 yaşlı arvad 76 yaşlı ərini öldürüb. Astara rayon Prokurorluğundan verilən məlumata görə, yanvarın 13-də Astara rayonu Pensər kənd sakini 1942-ci il təvəllüdlü Qasımova Nənəxanım Əziz qızı həyat yoldaşı, 1938-ci il təvəllüdlü Qasımov Nəriman Həsən oğlunu qətlə yetirib.

Qeyd edək ki, yaralı Qasımov Nəriman Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır(trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA