Prezident Dövlət Sərhəd Xidmətinin rəisi barədə fərman verdi - Səlahiyyət artırılıb

img

04-05-2021 [18:22]


Dövlət Sərhəd Xidmətinin rəisinin səlahiyyəti artırılır.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliklə əksini tapıb.

Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının adlarını xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA