ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI, BİR İCRA BAŞÇISINA XƏBƏRDARLIQ OLUNDU: "Bəzi məmurlar problemləri həll etmək əvəzinə..."
04-05-2021 [12:20]
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırkı vəziyyəti ilə bağlı videokonfrans formatında müşavirə keçirilib.
BŞİH-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhəri parklar şəhərinə çevrilib və bu proses davam etməkdədir.
Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı parklar, bağlar və istirahət guşələri yaradılıb. İDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla xanım Əliyevanın fəaliyyətinin nəticəsi olaraq məhəllələrarası parklar yaradılıb və bu proses inkişaf etməkdədir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.
Müşavirədə ölkə başçısının Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyilsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir.
Daha sonra Eldar Əzizov bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq ölkə başçısının həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda iqtisadi inkişaf templəri nəinki qorunub saxlanılıb, həm də yeni imkanlar yaranıb. İşğaldan azad edilmiş Qarabağda genişmiqyaslı quruculuq işlərinə başlanılıb.
"Biz isə dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində abadlıq işlərinin templərini qorumağa və həm də əvvəl yaradılanların saxlanılmasına çalışmalı, həmçinin vətəndaşların müraciətlərinə diqqətli olmalıyıq", - o əlavə edib.
Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının İcra Hakimiyyətləri başçılarının hesabatları dinləniləcək.
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq