Ordumuzun əsgəri yaralandı

img

13-01-2014 [12:22]


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb.

T. Əhədli 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA