Bakıda gənc oğlan küçənin ortasında güllələndi

img

12-01-2014 [14:03]


Bakının Nəsimi rayonunda güllələnmə hadisəsi baş verib. 

Mia.az APA TV-yə istinadən xəbər verir ki, Nəsimi rayon 19-cu polis bölməsindən verilən məlumata görə, hadisə gecə 22:40 radələrində metronun 20 yanvar stansiyasının yaxınlığında yerləşən " Velotrek" ticarət mərkəzinin qarşısında baş verib.

Qərbi Azərbaycandan olan hazırda Bakı şəhərində yaşayan 1986-cı il təvəllüdlü Novruzov Ramal Məhhərəm oğlu naməlum şəxs tərəfindən güllələnib. O, aldığı güllə yarasından dünyasını dəyişib.

Bildirilib ki, qətlə yetirilən şəxsin əvvəllər həbsdə olub.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA