Bu gün Xəzər dənizində 3 dəfə zəlzələ olub

img

01-05-2021 [12:54]


Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Xəzər dənizində seysmikliyin artması ilə bağlı məlumatlara münasibət bildirib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı "Report"a deyib ki, Xəzər dənizi seysmik aktiv olan bölgələrdən biridir:

"Xəzərin Azərbaycan sektorunda müxtəlif dərinliklərdə çoxsaylı zəlzələ ocaqları var. Odur ki, vaxtaşırı Xəzərdə zəlzələlərin olması gözləniləndir və bu da ərazinin seysmikliyi ilə bağlıdır. Xəzərdə baş verən zəlzələlərin quru ərazilərə təsirinə gəlincə, zəlzələ sahilyanı zonaya yaxın ərazidə baş verərsə və ocağın dərinliyi Yer səthinə yaxın olarsa (12-15 km-ə qədər) zəlzələ hiss oluna bilər. Bu gün baş verən zəlzələrin maqnitudası aşağı olub və zəlzələ ocağı 62 km dərinlikdə yerləşir".

Qeyd edək ki, bu gün Xəzər dənizində 3 zəlzələ qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA