Rəsmi Vaşinqtondan Baydenin bəyanatına reaksiya: "Bu, Türkiyənin toxunulmazlığına təsir etmək..."

img

30-04-2021 [20:22]


ABŞ Prezidenti Co Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır. 

Bu barədə ABŞ Dövlət Departamentindən “Anadolu” agentliyinin müxbirinə daxil olan yazılı açıqlamada bildirilib. 

“ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, - deyə açıqlamada qeyd olunub. 

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin 24 apreldə etdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsinə Türkiyə tərəfi sərt reaksiya verib/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA