PUTİN TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Xəzər regionunda Rusiyanın maraqları və..."

img

30-04-2021 [15:27]


Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, videokonfrans formatında keçirilən iclasda çıxış edən Vladimir Putin Xəzər regionundakı vəziyyətin müzakirə olunacağını söyləyib: “Biz sizinlə bu gün çox vacib mövzunu, məhz Xəzər regionundakı vəziyyəti müzakirə edəcəyik. Mənə elə gəlir ki, bunun Rusiya üçün nə qədər vacib olduğunu deməyə ehtiyac yoxdur. Bura iqtisadi fəaliyyət, yaxın tərəfdaşlarımızla və müttəfiqlərimizlə əməkdaşlıq məsələləri də aiddir. Əlbəttə ki, Xəzər regionunda ümumilikdə Rusiyanın maraqları və təhlükəsizliyin təmin olunması məsələlərini də bura aid etmək olar. Yaxşı bilirsiniz ki, energetika sahəsində bizim nə qədər böyük layihələrimiz reallaşır.

Təkcə mövcud layihələri başa çatdırmaq deyil, həm də hökumətin böyük şirkətlərimizin iqtisadi fəaliyyətlərini genişləndirmək, iqtisadi operatorlarımızın fəaliyyətlərini genişləndirmək planları da var.

Əlbəttə ki, İranın Xəzər “Beşliyi”ndəki qonşularımızdan biri olduğunun fərqindəyik. İndi İranın nüvə proqramı ilə bağlı çoxlu məsələ həll olunur. Ümid edirəm ki, Birgə Hərtərəfli Saziş Planı ilə bağlı hər şey əvvəlki çərçivədə bərpa olunacaq, Xəzər bölgəsi də daxil olmaqla, Xəzər klubunun bütün üzvləri ilə tamhüquqlu əlaqələr qura, bütün planlarımızı tam həyata keçirə biləcəyik”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA