IX siniflərin buraxılış imtahanları bu tarixlərdə keçiriləcək - Qrafik + Detallar

img

30-04-2021 [16:54]


Dövlət İmtahan Mərkəzi 2-3, 9-10 və 16-17 iyunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Mərkəzdən Mia.az-a verilən məlumata görə, iyun ayının əvvəllərində Bakı şəhərində beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar 2-3 iyun tarixlərində keçiriləcək buraxılış imtahanları Bakı istisna olmaqla digər şəhər və rayonlarda təşkil olunacaq.

Növbəti tarixlərdə olan imtahanlar isə yerdə qalan rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq.

Qeyd olunan tarixlərə uyğun imtahanların rayon və şəhərlər üzrə keçirilmə ardıcıllığı yaxın vaxtlarda elan olunacaq.

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

****

Dövlət İmtaha Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının məzmunu və forması, həmçinin modelinə dair nümunələri yenidən təqdim edib.

Mia.az xəbər verir ki, buraxılış imtahanı bir mərhələdə keçiriləcək.

İmtahanda 85 tapşırıq təqdim edilir. İmtahan modelinin strukturu aşağıdakı kimidir:

Fənnin adı Tapşırıqların tipi və sayı
Tədris dili - Dil qaydalarına dair 10 qapalı tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim)
Cəmi: 30 tapşırıq
Riyaziyyat - Qapalı tipli 21 tapşırıq;
- Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq
Cəmi: 25 tapşırıq
Xarici dil - Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim);
- Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim);
- Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim)
Cəmi: 30 tapşırıq


İmtahan modelinə dair nümunələrlə buradan tanış ola bilərsiniz:

Azərbaycan dili fənni üzrə;

Riyaziyyat fənni üzrə;

İngilis dili fənni üzrə;

Русский язык (язык обучения);

Математика;

Rus dili (xaric dil) fənni üzrə.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən https://otk.az/?menu=courses&id_category=2 yeni imtahan modelinə uyğun sınaq imtahanları keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA