İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi: "O, nişanlı idi..."

img

29-04-2021 [23:49]


Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Məlumata görə, 8 aydır itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Şəhidin nəşi sabah - aprelin 30-da Naxçıvan Muxtar Respubpublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndində anadan olan Ə.Yusifov Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Ə.Yusifov nişanlı idi/Report.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA