Təhsil şöbəsinin müdiri ilə baş memar sərbəst buraxılıb - İH-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

img

29-04-2021 [12:36]


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Şəmkir rayon İcra Hakimiyyətinin iki vəzifəli şəxsi sərbəst buraxılıb.

Mia.az-ın məlumatına görə, Şəmkir rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elgün Seyidov Unikal.org-a açıqlamasında bildirib ki, təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev ifadəsi alındıqdan sonra azad olunub.

Qeyd edək ki, aprelin 26-sı DTX-nın keçirdiyi əməliyyat zamanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, onun sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA