Rusiya MN-dən Kəlbəcərlə bağlı daha açıqlama: "20 hərbi yük avtomobilindən ibarət..."

img

29-04-2021 [12:12]


Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 hərbi yük avtomobilindən ibarət 420 ton humanitar yükün çatdırılmasını təmin edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, enerji və su təchizatı sistemlərinin, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 20 hərbi KamAZ avtomobilindən ibarət 420 ton yük Rusiya sülhməramlı kontingentinin 15-ci kalonunun müşayəti ilə Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edərək Kəlbəcərə çatdırılıb.

Yük qida məhsulları, tikinti materialları və avadanlıqlardan ibarət olub. Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə indiyədək 15 beş avtomobil karvanı ilə 2800 tondan çox yük daşınıb.

Bildirilib ki, yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr (10 noyabr - red.) 2020-ci il tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib/Azvision


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA