Gürcüstandakı azərbaycanlıların sayı açıqlanıb

img

29-04-2021 [11:43]


2021-ci ilin 1 yanvar tarixinə olan göstəriciyə əsasən Gürcüstanda qeydiyyatda olan əhalinin sayı 3 728.6 min nəfər təşkil edir.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 0.3% çoxdur. Yanvarın 1-nə olan statistikaya əsasən Gürcüstan əhalisinin 59.4%-i (2 215.6 min nəfər) şəhərlərdə, ölkə əhalisinin üçdə biri (1 202.7 min nəfər) isə paytaxt Tbilisidə yaşayır.

Statistikaya əsasən bu ölkədə azərbaycanlıların yığcam yaşadığı Kvemo-Kartli bölgəsində qeydiyyatda olanların sayı 437.3 min nəfər təşkil edir ki, onlardan 192.3 mini şəhərlərdə, 245 mini isə kənd yerlərində yaşayırlar/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA