Borreldən rəsmi Moskvaya ismarıc: “Aİ Rusiya ilə münasibətlərində çətin məqamlara hazırlaşmalıdır”

img

28-04-2021 [18:46]


“Avropa İttifaqı (Aİ) fikir ayrılıqlarına baxmayaraq, ortaq məsələlərdə Moskva ilə işləməlidir, bu səbəbdən də dialoq kanalları açıq saxlanılmalıdır”.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı deyib.

“Ümumi məsələlər üzərində işləməyə hazır olduğumuzu Rusiyaya bildirmək istəyirik. Bu, bizim Rusiya ilə bağlı siyasətimizin bir hissəsidir. Kommunikasiya kanallarını açıq saxlamalıyıq. Mümkün olduğu halda Rusiya hökuməti ilə münasibətlərimizi inkişaf etdirməyə hazırıq. Əlbəttə ki, əgər onlar buna həqiqi istək göstərsə və eyni zamanda, bizim dəyərlərimizə, prinsiplərimizə və maraqlarımıza hörmət edərlərsə”, - deyə C. Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, Rusiya ilə münasibətlərdə üç əsas konsept - məhdudlaşdırma, reaksiya və qarşılıqlı təsir - diqqətdə saxlanılmalıdır: “Rusiya hökuməti könüllü şəkildə özü Qərblə münasibətlərdə gərginliyi artırır, dezinformasiya kampaniyası aparır. Biz Rusiya ilə davamlı qarşıdurmadan çəkinməliyik. Ancaq Aİ-yə qarşı rəqib kimi davranan Rusiyadır. Aİ Rusiya ilə münasibətlərində çətin məqamlara hazırlaşmalıdır”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA