"Buta Airways" Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərə başlayır

img

28-04-2021 [18:17]


"Buta Airways" aşağıbüdcəli aviaşirkəti beynəlxalq uçuşların coğrafiyasını genişləndirir. Aviaşirkət Bakıdan Türkiyənin paytaxtı Ankara şəhərinə uçuşları bərpa edəcək. Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin mayın 17-dən etibarən həyata keçirilməsi nəzərdə tutulur.

Mia.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, uçuş cədvəlinə əsasən aviaşirkət həftədə iki reys - həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək. Azərbaycanın aşağıbüdcəli aviaşirkəti ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, cari ilin 18 mart tarixindən isə Bakıdan İstanbula hava əlaqəsini bərpa etmişdir.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.

Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Xatırladaq ki, Bakı-Ankara istiqaməti üzrə reyslərin sərnişinləri:

- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə

Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış

ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar.

Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA