COVID-19-a qarşı peyvəndin 1-ci dozasının vurulması infeksiya riskini azaldır - Araşdırma

img

28-04-2021 [15:19]


Yeni növ koronavirusa qarşı vaksinin birinci komponentinin bədənə yeridilməsi xəstə şəxslərdən infeksiyanın ötürülməsi ehtimalını 2 dəfə azaldır.

TASS məlumat verir ki, bu barədə Böyük Britaniyanın “Public Health England” xidmətinin tədqiqatında deyilir.

Dərc olunan məlumatlara görə, ABŞ istehsalı olan “Pfizer” və ya Böyük Britaniya və İsveçin birgə hazırladığı "AstraZeneca" vaksinlərinin birinci dozası vurulmuş şəxslərin koronavirus infeksiyasını ötürmək ehtimalı 38-49% daha aşağıdır. “Bu tədqiqat onların (vaksinlərin) ölümcül virusun ötürülmə ehtimalını da aşağı saldığı barədə real məlumat təqdim edir”, - Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA