Sahil Babayev: "Əlillik dərəcələrinin təyinatı ilə bağlı sənəd parlamentə göndəriləcək"

img

28-04-2021 [12:59]


Əlilliyin ən yaxşı meyarlarla təyin edilməsi, ödənişlərin uyğunlaşdırılması, qiymətləndirilməsinin təşkil edilməsi istiqamətində ciddi iş aparılır. Artıq meyarlar tam hazılanıb və hökumət qurumları ilə müzakirə edilib”.

Mia.az “Report”a istinadla xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırda sənəd Milli Məclisə göndərilmə mərhələsindədir: “İnanırıq ki, parlamentin yaz sessiyasında meyarlar qəbul olunacaq və 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu dövr ərzində yenə Ümumdünya Səhiyyə Təşkilatı ilə aktiv şəkildə işləyərək həm Səhiyyə Nazirliyi, həm də TƏBİB-in işçiləri təlimlərə cəlb olunacaq. Çünki yeni meyarlar yeni yanaşma tələb edir. Bu meyarlar faktiki olaraq dünyada mövcud olan hər xəstəlik üzrə kriteriyaların və insanın əmək və özünəqulluq qabiliyyətinə təsir faizlərini müəyyən edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA