Telekanal işçisi qəzaya düşdü, nazirlikdə işləyən bacısı suda boğuldu

img

09-01-2014 [11:14]



Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsində, "Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib. 

Sürücünün İTV telekanalının əməkdaşı olduğu bildirilir. Lakin hələlik onun kimliyi müəyyən olunmayıb. Hadisə nətcəsində isə sürücünün bacısı 32 yaşlı Pərvanə Valeh qızı Məmmədova boğulub.

Dünyasını dəyişən qadının Səhiyyə Nazirliyinin əməkdaşı olduğu bildirilir. Qəzaya uğrayan avtomobilin sürücüsü isə İTV-nin aparıcısı Rafiq Məmmədov olub. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili yardım həkimləri, polis, prokurorluq və digər hüquq-mühafizə orqanlarınınə məkdaşları cəlb olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA