Kreml: "Putin və Bayden arasında görüş yay aylarında keçiriləcək"

img

26-04-2021 [14:15]


Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüşün yay aylarında keçirilməsi planlaşdırılır, lakin dəqiq tarix və görüşün keçiriləcəyi ölkə müəyyənləşməyib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də, müəyyən təkliflər səsləndirilib. Tarixi hələ təsdiqləyə bilmərəm. Hələlik tarixlə bağlı heç bir razılıq yoxdur. Söhbət həqiqətən də yay aylarından gedir. Hansısa yekun razılaşmaya çıxmaq üçün çoxlu müxtəlif faktorları analiz etmək lazım gələcək”, - deyə Kremlin sözçüsü vurğulayıb/APA.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA