Qarabağa qayıdışla bağlı sorğu yekunlaşdırılıb

img

26-04-2021 [10:58]


İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılıb.

ADA Universitetindən Mia.az-a verilən məlumata görə, sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb.

İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişilərdən, 46%-i isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA