Baydenin "soyqırım" ifadəsi gərginliyi artırdı: ABŞ Türkiyədəki diplomatik nümayəndəliklərini bağladı - Səfir XİN-ə çağırıldı

img

25-04-2021 [13:25]


ABŞ prezidenti  Baydenin qondarma “erməni soyqırımı”ilə bağlı bəyanatı qardaş Türkiyədə etirazları böyüdüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbəır verir ki, artıq ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”ilə bağlı bəyanatına ölkənin reaksiyası çatdırılıb.

Diplomat Türkiyə XİN başçısının müavini Sedat Ünal tərəfindən qəbul edilib.

Tarixi və hüquqi baxımdan heç bir əsası olmayan açıqlamanın qəbul edilməzliyi, bütünlüklə rədd edilməsi və ən sərt şəkildə qınanıldığı ifadə edilib.

Baydenin bəyanatının beynəlxalq hüquq baxımından etibarsız olduğu və münasibətlərə bərpası çətin zərbə vurduğu qeyd edilib.

Maraqlıdır ki, ABŞ Baydenin ifadəsinin Türkiyədə nə dərəcə kəskin etiraz yaratdığının artıq fərqinə varıb.

Belə ki, Baydenin bəyanatından sonra ABŞ gözlənilən etirazlara görə Türkiyədəki diplomatik nümayəndəliklərini müvəqqəti bağlamaq qərarını verib: “Ehtiyat tədbiri olaraq, ABŞ-ın Ankara şəhərindəki səfirliyi, İstanbul şəhərindəki Baş Konsulluğu, Adana şəhərindəki konsulluğu və İzmir şəhərindəki konsulluq agentliyi 26 və 27 aprel tarixində faəliyyət göstərməyəcək. Təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşlarına diplomatik qurumlarla telefon və ya elektron poçtla əlaqə saxlamağı tövsiyə edirik”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA