Ermənilər Tbilisidə Azərbaycan və Türkiyəyə qarşı təxribat törədib - Səfirlik və azərbaycanlı gənclər hərəkətə keçdilər

img

24-04-2021 [15:34]


Gürcüstan erməniləri Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında uydurma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçirirlər.

Mia.az Report-un yerli bürosuna istinadla xəbər verir ki, aksiya Filarmoniya binasının qarşısından yürüşlə başlayıb.

Əllərində Ermənistan və Gürcüstan bayraqları və plakatlar olan aksiya iştirakçıları Türkiyə əleyhinə şüarlar səsləndirirlər. Polis səfirliyin ətrafında dəmir maneələr düzüb və təhlükəsizlik tədbirlərini gücləndirib.

Türkiyə səfirliyi aksiya iştirakçılarını cavab aksiyası ilə qarşılayıb. Belə ki, diplomatik nümayəndəliyin həyətində səs gücləndiriciləri ilə türk marşları və nəğmələri yüksəkdən səsləndirilir. Bununla Türkiyənin ermənilərin yalan və əsassız iddialarını qəbul etmədiyi göstərilir.

Səfirliyin binası önündə isə Ağrı dağının fotoşəkilləri sərgilənib. Türkiyənin ən hündür dağının fotoları ötən gündən ölkənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir çərçivəsində nümayiş etdirilir.

Cavab aksiyasına Gürcüstanın bir qrup azərbaycanlı gənci də əllərində Azərbaycan və Türkiyə bayraqları ilə dəstək olublar.

***

Gürcüstanın erməni icmasının üzvləri paytaxt Tbilisinin mərkəzində qondarma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçirirlər.

Mia.az Report-a istinadla xəbər verir ki, Filarmoniya binasının qarşısında toplaşan aksiyaçılar Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar.

Belə ki, onlar əllərində Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı, vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində erməni separatçılarının yaratdığı qondarma rejimin “bayraq”larını da tutublar. Bununla yanaşı, aksiyada Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və "Ararat Ermənistanın ən hündür dağıdır" sözlərinin yazıldığı plakat da qaldırıblar.

Aksiyaçılar Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüş etməyi planlaşdırırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA