Sabiq nazir MTN-dən şikayət verdi

img

08-01-2014 [17:28]




Səbail Rayon Məhkəməsinin keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevlə bağlı qərarından apelyasiya şikayəti verilib.

"Media forum”un məlumatına görə, vəkil Əfqan Məmmədov bildirib ki, şikayətdə Səbail Rayon Məhkəməsinin qərarının ləğv olunması, Quliyevlə bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması tələblərini qoyublar: "Nicat Quliyevin ev dustaqlığına buraxılması üçün Səbail Rayon Məhkəməsinə vəsatət vermişdik. Məhkəmə ciddi arqument və əsas göstərmədən vəsatətimizi təmin etməmişdi. Həmin qərardan apelyasiya şikayəti vermişik. Ümid edirik ki, Bakı Apelyasiya Məhkəməsi haqsızlığı aradan qaldıracaq və Nicat Quliyevlə bağlı həbs-qətimkan tədbirini dəyişdirərək onu ev dustaqlığına buraxacaq”. 

Xatırladaq ki, N.Quliyev 2013-cü il avqustun 7-də həbs olunub. Mili Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. O, MTN-in təcridxanasında saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA