Oqtay Şirəliyevi əvəz edən Teymur Musayev kimdir? - DOSYE

img

23-04-2021 [17:18]


Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib və dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.

Mia.az xəbər verir ki, T.Musayev 1987-94-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb.

2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edib.

Xatırladaq ki, nazir Oqtay Şirəliyev bu gün vəzifəsindən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA